Eldəniz Zeynalov, Mikayıl Mirzə və yol polisi - Əhvalat

1 yanvar tarixi iki görkəmli simanın - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalovun və Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin doğum günüdür. Eldəniz Zeynalov yaratdığı obrazlarla tamaşaçıların yaddaşındə silinməz izlər qoyub. Yumor hissi çox güclü olan Eldəniz Zeynalovun yaratdığı obrazlar həmişə tamaşaçılar tərəfindən sevə-sevə izlənilib. Aktyor olmaq onun uşaqlıq arzusu olub.1937-ci il yanvarın 1-də dünyaya gələn E.Zeynalov dayısı Həsənağa Salayevin oynadığı rolların sehrinə düşərək aktyorluq sənətini seçib. Ömrünün son günlərini yataq xəstəsi olaraq keçirən E.Zeynalov 2001-ci il noyabrın 5-də həyata əlvida deyib...
Əcəl aman versəydi 1-yanvar 2018-də Mikayıl Mirzənin 71 yaşı olacaqdı. Amma heç 60-ı da gözləmədi Əzrayıl, 59-da apardı Mikayıl Mirzəni. O, romantik aktyor məktəbinin istedadlı nümayəndəsiydidir. Gur səsi, coşğun səhnə temperamenti vardı. Tanınmış teatr və kino aktyoru, 2006-cı il iyunun 3-də dünyasını dəyişib.
Görkəmli sənətkarların ad günləri olduğundan Modern.az onların özlərinin başına gəlmiş gülməli əhvalatlardan birini xatırladır: Eldəniz Yaponiyadan gətirilən xeyli işlənmiş maşın alıbmış. Maşının da rulu sağdaymış. O vaxtlar belə maşınlar hələ təzə çıxıbmış. Eldəniz maşını alan kimi gəlir Mikayıl yanına. Onu da götürüb gedirlər maşını “yumağa”. Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Axşam da şəhərə qayıdırlar. “Azneft”i keçəndə yol polisi görür ki, maşın ləngər vura-vura gəlir. Əl eləyib maşını saxlatdırır. Eldəniz maşından düşən kimi, şığıyır polisin üstünə və özünəməxsus tərzdə deyir:
“Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdu?”.
Bu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş eləməyən Eldəniz də deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdu. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki: “Bura bax alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu bəri qaytar”...
modern.az
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










