Reklam

Elə avtobus sürücüləri var ki...

Yazarlar 2 İyun 2017 09:13 Oxunub 1333
Elə avtobus sürücüləri var ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər bir insanın mədəni səviyyəsi, qayda-qanunlara əməl etmə modeli var"

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev ictimai nəqliyyatda çalışan bütün sürücülərin məcburi şəkildə təlimlərə cəlb ediləcəyini bildirib. Onun sözlərinə görə, təlimlərə qatılmayan sürücülər işə götürülməyəcəklər. BNA rəsmisi bildirib ki, agentlik sürücülərin qayda-qanunlara əməl etməsini təmin etmək üçün konkret addımlar atmağa başlayıb: "Yaxın zamanda ictimai nəqliyyatda çalışan bütün sürücüləri məcburi şəkildə yeni yaradılan və İslam Oyunlarının nəqliyyat əməliyyatlarının aparıldığı sürücü təlim mərkəzində təlimlərə cəlb edəcəyik. Həmin təlimdə sürücülərə həm nəzəri biliklər, eyni zamanda təcrübi biliklər aşılanacaq. Təlimdə situmlyator vasitəsilə avtobusun düzgün idarə edilməsi, dayanacağa yaxınlaşması, əyləci qəfil basması kimi vacib hallarla bağlı məqamlara xüsusi diqqət yetiriləcək”.

M.Ağayev həmçinin qeyd edib ki, sürücülər təlim mərkəzinə cəlb olunduqdan sonra daşıyıcılar qarşısında müəyyən tələblər qaldırılacaq: "Bakı Nəqliyyat Agentliyinin təlimindən keçməyən sürücülərin işə qəbul olunmaması ilə bağlı tövsiyələr irəli sürüləcək. Hazırda çalışan sürücülərin də hər biri həmin təlimlərə cəlb ediləcək”. Maraqlıdır, yeni təlimlərə cəlb olunmağın avtobus sürücülərinə nə kimi müsbət təsiri olacaq, təlimlər ictimai nəqliyyatdakı xoşagəlməz tendensiyaları aradan qaldıra biləcəkmi? 

Məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə danışıb. Ekspert bildirib ki, bu gün ölkəmizdə sərnişindaşıma ilə bağlı müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması üçün bir sıra göstərişlər olmalı, həm təşkilatçılıq, həm də maarifləndirmə işi yüksək səviyyədə yerinə yetirilməli və müəyyən tədbirlər görülməlidir: "Lakin əsas məsələ daxili nizam-intizama uyğun olmaqdır. Bu təlimlər məcburi surətdə olmaya da bilər. Hər bir insanın mədəni səviyyəsi, qayda-qanunlara əməl etmə modeli var. Bütün bu göstəriciləri əvvəlcədən müəyyən eləmək və daha sonra müəssisələr daxilindəki mədəni səviyyəsi, bilik və bacarığı olan şəxsləri seçmək lazımdır. Elə sürücülər var ki, öz işinin öhdəsindən yaxşı gəlir və müəyyən məsələlərdə təminatı ödəyir. Bu şəxsləri məcburi şəkildə təlimlərə cəlb etmək düzgün deyil. Ümumilikdə isə BNA-nın yerinə yetirmək istədiyi bu tədbirlər olduqca müsbətdir. Xüsusilə avtobus sürücülərinin maarifləndirilməsi bu gün ən vacib məsələlərdən biridir”.

F.Eyyubov avtobus sürücülərinin həddindən artıq gərgin rejimdə işlədiklərini də diqqətə çatdırıb. O bildirib ki, bəzən əməliyyat zamanı sürücülərdə yorğunluq meydana gəlir, buna görə də qəza halları çoxalmağa doğru gedir: "Onlar gündə təqribi olaraq 5500-6000 əməliyyat yerinə yetirirlər. Məhz BNA-nın atdığı addım problemlərin həllinə kömək ola bilər. Əvvəllər agentliyin belə bir fikri var idi ki, avtobus sürücülərinin xüsusi bazasını yaratsınlar və sürücüləri müvafiq işlə təmin etmək üçün bu bazadan istifadə etsinlər. İndi isə təlimlərin icra mexanizmi hazırlanmalı, sürücülərə təlimin kimlər tərəfindən keçirilməsi əsaslandırılmalıdır. Ümumiyyətlə, BNA-nın sürücüləri maarifləndirmək üçün hansısa kadrları varmı? Əsas məsələ budur ki, sürücülərə nəyinsə xatirinə təcrübə keçmək yox, onlara ictimai nəqliyyatda olan aktual problemləri öyrətmək lazımdır.

 

"Şərq"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh