Elektrikli avtobusların Azərbaycanda yığılması ictimai nəqliyyata necə təsir edəcək? – EKSPERT

Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Maliyyə Nazirliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Teleqraf”a danışan Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq hökumətlər arasında danışıqlar gedir.

"Bu istehsal deyil, yığılmadır. Ehtiyat hissələri xaricdən gətirilir və ölkəmizdə yığılır. Bildiyimiz kimi, Azərbaycanın ictimai nəqliyyat sistemi o qədər də yaxşı vəziyyətdə deyil. Bunu aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır. Avtobusların kənarda yığılması və ölkəmizə gətirilməsi vaxt itkisidir. Bu səbəbdən onların gətirilib ölkəmizdə yığılması daha məqsədəuyğundur" , - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, elektrikli avtobusların istifadəsinə keçid həmçinin ətraf mühitin qorunması üçün də əlverişlidir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, elektriklə işləyən avtobusların istehsal və istismar xərclərinin ənənəvi avtobuslardan daha baha olacağı gözlənilir:
![]()
"Sərnişindaşıma sosial məsələdir. Düşünürəm ki, bunu əsas gətirərək gediş haqlarının artırılmasına yol verilməməlidir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












