Əli Kərimlinin mitinqə gəldiyi maşının qiyməti neçəyədir? - VİDEO

AXCP-nın qeyri-rəsmi sədri, bloqqer Əli Kərimli özünü hər zaman kasıb, məzlum kimi göstərməyə çalışır. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, o, çıxışlarında işsizlikdən, imkansızlıqdan gileylənir, bununla cəmiyyətdə narazı kütlə yaratmağa çalışır. Rəsmi olaraq heç biri iş yeri, gəlir mənbəyi göstərilməyən Kərimlinin “kasıb” donuna girərək hansı imkanlara malik olması onun yaxın ətrafına məlumdur. Dəfələrlə mətbuatda Kərimlinin gizli biznesi, mülkləri, oğlunun Avropada eyş-işrətə xərclədiyi pullar haqda faktlara əsaslanan məlumatlar dərc olunub. Vaxtilə Əli Kərimlinin yanında olan şəxslər də bu məlumatları təsdiqləyib, onun Qərbdəki “dostlar”ından aldığı qrantlar, mitinqlər keçirmək üçün əldə etdiyi vəsaitlər haqda etiraflar ediblər.
Diqqət etmisinizsə, Kərimli mitinqlərə eyni paltarları geyinib gəlməklə, guya sıravi cəbhəçilərdən seçilmədiyini, onlardan biri olduğunu göstərməyə çalışır. Hansı ki, “kasıb” bloqqer “Məhsul” stadionuna digərləri kimi metro və sərnişin avtobusu ilə deyil, lüks maşını ilə gəlir. Sonuncu mitinqdə Əli Kərimlinin son model “Mazda CX9” avtomobili ilə gəlməsi diqqət çəkib.
Məlumat üçün deyə bilərik ki, bu avtomobilin son buraxılışının hazırda bazar qiyməti 83 min 600 AZN-dir. Əli Kərimlini “Mazda CX9” avtomobilində şəxsi cangüdənləri və sürücüsü müşayiət edir.
Maraqlıdır, Əli Kərimli rəsmi gəliri olmadığı halda belə lüks avtomobilinə necə sahib olub? O, üçdən çox cangüdəni və sürücüsünün aylıq maaşını hansı pulla ödəyir?
Qeyd etdiyimiz faktlar bir daha göstərir ki, Əli Kərimli AXCP-ni şəxsi biznes obyektinə çevirib. Saxta partiya vəsiqələrinin verilməsindən tutmuş mitinqlər üçün ayrılan qranlaradək bütün vəsaitlər Kərimli tərəfindən məniməsənilir. Sıravi cəbhəçilər, eləcə də bəzi şəxslər hələ də anlamırlar ki, Milli Şuranın çətiri altında keçirilən mitinqlər Kərimli və Cəmil Həsənli cütlüyünün ciblərini doldurmaq üçündür.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










