Əməkdar artist Bakıda yol qaydalarını kobud şəkildə pozdu - VİDEO

Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi “Toyota Land Gruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az-ın əməkdaşı əməkdar artıstın bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb. Belə ki, Baloğlan Əşrəfov idarə etdiyi avtomobili Mətbuat prospektindəki avtobus dayanacağında park edərək Azərbaycan Nəşriyyatına gedib. Dayanacaqda avtobus gözləyənlər isə Baloğlan Əşrəfovun bu hərəkətini ikrah hissi ilə qarşılayıblar.
Qeyd edək ki, əməkdar artistin bu qayda pozuntusu 40 manat cərimə ilə nəticələnə bilər. Düzdür, həmin yerdə başqa sürücülər də maşın saxlayaraq qayda pozublar. Qanuna görə, avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır. Lakin məsələ burasındadır ki, Baloğlan Əşrəfov əməkdar artistdir, sevilən müğənnidir. Və o, öz davranışı ilə cəmiyyətə nümunə olmalıdır.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?















