Ərşad Hüseynovdan cərimələrin artırılmasına - ETİRAZ

“İnsanları "Cərimə olunacaqsan!" deməklə yox, "Bu sənin üçün təhlükəlidir, ölə və ya şikəst ola bilərsən!" deməklə maarifləndirmək lazımdır". Avtosfer.az xəbər verir ki, bu sözləri yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, xeyli vaxtdır ki, yol hərəkəti qaydalarını pozan piyadalar barəsində cərimələrin artırılmasının, guya ki, zəruriliyi təbliğ olunur. Bunun heç bir hüquqi və faktiki əsası yoxdur. Ə.Hüseynov bunun səbəblərini belə izah edir:
1. Kim müəyyən etdi ki, piyadalar məhz cərimə az olduğuna görə intizamsızdırlar? Əlbəttə, heç kim. Mən əminəm ki, piyada intizamsızlığında cərimənim məbləği əhəmiyyətli rol oynamır.
2. Deyilir ki, piyadalar cərimələri ödəmirlər. Belədirsə, artırılan cəriməni daha pis ödəyəcəklər. Cəriməni artırmaqla onun ödənilməsini stimullaşdırmaq kimi fikir paradoksaldır, absurddur. Cərimə artıqda ödəniş çətinləşəcək, vətəndaşla dövlət orqanı arasında yeni, lazımsız hüquqi problem yaranacaq.
Piyadaları intizamlı etmək üçün əsas hədəf dünyagörüşünü və həyat tərzini dəyişən maarifləndirmə olmalıdır. İnsanları "Cərimə olunacaqsan!" deməklə yox, "Bu sənin üçün təhlükəlidir, ölə və ya şikəst ola bilərsən!" deməklə maarifləndirmək lazımdır. Bu təbliğatın hədəfi avtomobilləşmiş cəmiyyətdə yaşam qaydalarını kütləvi mənimsəmək olmalıdır. Digər önəmli məsələ isə piyada məsuliyyətinin labüdlüyü olmalıdır. Piyada da bilməlidir ki, qaydalar hər yerdə, o cümlədən ucqar küçədə də qaydadır, onları orada da pozmaq olmaz, pozanda isə cərimə qaçılmaz olacaq. Digər zəruri işlər də var, amma əsas bunlardır. Cəriməni artırmaq isə yolverilməz və əhəmiyyətsizdir...
Orxan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












