“Fədayə bizə gəlmişdi...” - “Qoca”nın anası

Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib. Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər. Qocanın anası Svetlana Məmmədova bildirib ki, 5 övladı olub:
“4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: “Mirvari damlalar” və “Gözlədiyim illər”. Daha bir kitabı çapa hazırlanırdı”.
Svetlana Məmmədova Qocanın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb:
“Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi”.
.jpg)
.jpg)
.jpg)
.jpg)

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












