Gəlin, "kartof" olmayaq... - Köşə

Bir ay əvvəl sosial şəbəkələrdə bir vətəndaş Bakı-Sumqayıt yolunda 14 yerlik mikroavtobusdan 28 nəfərin düşdüyünün videosunu çəkib yaymışdı. Hətta o vaxt bu adam sosial şəbkələrdə fəryad edərək deyirdi ki, bir gün bu tələbələri qıracaqlar. Bu gün isə yayılan xəbərlərdə adıçəkilən yolda baş verən qəza nəticəsində 17 nəfərin yaralandığı və 5 nəfərin öldüyü açıqlandı. Hamısı da tələbə. Belə çıxır ki, 14 nəfərlik mikroavtobusda 22 nəfər olub.
Bir müddət əvvəl Nəqliyyat Nazirliylini ləğv etdik. Yeninə də agentlik yaratdıq. Nazirliyinin bazasının da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirdik. Əl çaldıq, alqışladıq. Amma bu gün 5 gəncimizi itirdik. Əlbəttə çoxları üçün bu bəlkə də bir-iki günlük faciədir və yaddan çıxıb gedəcək. Amma 5 ailə gözüyaşlı qaldı. Valideyinlərin zülümlə böyütdüyü övladları gənc yaşda həyata vida etdi.
Əlbəttə, heç kim qəzadan sığortalanmayıb. Qəza da baş verə bilər, ölüm halı da. Bu təbiidir. Amma bir var bu təfadüfən olsun, biri də var ki, məsuliyyətsizlik ucbatından.
İndi görəsən kimdir günahkar? Nəqliyyat Nazirliyi yox, Avtovağzal hələ kimə tabedir məlum deyil. Bəlkə elə həmin sürücüdür? Onun acgözlüyüdür? Yoxsa onu acgöz olmağa vadar edən məmurdur?
P.S. Amma mənim fikrimcə günah nə insanları "kartof" hesab edən sürücüdə, nə də həmin sürücüyə "qazanc" gözü ilə baxan məmurdadır. Günah "kartof olmağı qəbul edənlərdədir." Gəlin "kartof" olmayaq...
Orxan Əli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












