Göygölə maşınla gedənlərə pis xəbər – DİQQƏT - FOTOLAR

Göygöl rayonuna üz tutunların, xüsusən də Göygölü və Maralgölü ziyarət etmək istəyənlərin sayı durmadan artır. Bu isə rayonda müəyyən problemlər yaradır. Küçələrin, istirahət yerlərinin zibillənməsi bir yana, yollardakı tıxacın bəzən ucu-bucağı olmur. Avtosfer.az-ın məlumatına görə, günorta saatlarından başlayaraq Göygölə üz tutanların sayı birdən-birə artır. Göygöl qoruğuna daxil olan yolda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları post qurub adambaşına 2 manatdan pul yığdığı üçün bu proses xeyli vaxt alır və tıxac yaranır. Hətta iş o yerə çatır ki, hərbi avtomobillər də normal hərəkət edə bilmirlər.
Yerli sakinlər deyir ki, tıxacın yaranmasının əsas səbəbi Nazirlik işçilərinin 2 manatdan pul yığarkən ləng hərəkət etməsidir. Bunun nəticəsidir ki, bəzən Göygöl rayonundan üzü Hacıkənd istiqamətinə uzanan yolda uzun tıxaclar yaranır. Hətta bu yolda 35 km uzunluğunda tıxac yaranan vaxtlar da olur.
Yaxşı olardı ki, qoruq ərazisində normal avtomobil dayanacağı yaradılsın və pulu da burada yığsınlar. Bu halda yolda sıxlıq yaranmayacaq. Lakin bu qədər pullar yığılsa da, Göygölə, Maralgölə gedən yol bərbad haldadır, burada avtomobillər üçün normal parkinq də düzəltməyiblər. Hansı ki, hər gün Göygölə təxminən 500-1000 arası ziyarətçi gəlir. Onların da hər birini 2 manatdan hesablayanda, üstəlik, qoruğa daxil olan avtomobil sürücülərindən harada dayanmasından asılı olmayaraq, ayrıca 1 manat dayanacaqpulu aldıqlarına nəzərə alsaq, gündəlik 2 min manata yaxın vəsait toplanır. Üstəlik, müxtəlif iaşə obyektləri də fəaliyyət göstərir ki, bu da qoruğun büdcəsinə pul gətirir. Amma qoruq ərazisini bəzən zibil basır. Yollar isə təhlükəli və bərbad haldadır. Odur ki, Göygölə avtomobillə gedənlər həm təhlükəni, həm baxımsız yolları, həm də havaya sovrulan pulları nəzərə almalıdır…
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













