Gözümüzü yolda qoyan bahalı aparatlar - FOTO

Yazarlar 29 Mart 2016 18:48 Oxunub 1656
Gözümüzü yolda qoyan bahalı aparatlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dayanacaqlarda quraşdırılan monitorların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir"

Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. Avtosfer.az anspress-ə istinadən bildirir ki, bir müddət əvvəl dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da, nədənsə, onlardan heç bir məlumat almaq mümkün deyil. Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işləməsi, təəssüflər olsun ki, qısa müddətli oldu.

"Monitorların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir"

Odur ki, bu gün, çətin hansısa dayanacaqda düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda olan monitor işləmir. Sərnişinlər ondan güzgü kimi istifadə edirlər. "Eurovision" ərəfəsində xərc çəkilərək  quraşdırılan bu monitorların, demək olar ki, hamısı elə həmin müsabiqə vaxtı işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində, deyəsən, bəzi problemlər mövcuddur.

"Hər biri dövlətə təxminən 10 min dollara başa gəlib"

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyir ki, monitorların əksəriyyətinin işləməməsi həmin ərazilərdə gedən təmir-tikinti işləri ilə bağlıdır: "Əksər yollarda təmir gedir, yaxud özəl şirkət sahibləri haradasa obyekt tikir, bu zaman onlar dayanacaqlarda quraşdırılan monitorların kabellərini zədələyirlər. Bu barədə bizə məlumat vermirlər. Məlumat verilən ərazilərdəki monitorları isə yenidən işə salmaq xeyli vaxt aparır", - deyə qurum rəsmisi bildirdi.

Ölkəmizdən fərqli olaraq, xarici ölkələrdə monitorların harada quraşdırılmasından asılı olmayaraq onlar daim işlək vəziyyətdədirlər. Dayanacaqlarda avtobusların intervalını əks etdirən monitorlar isə daim sərnişinlərin ixtiyarındadır. Məsələn, Avropanın bütün ölkələrində, o cümlədən Almaniya, Finlandiyada, eləcə də ABŞ kimi ölkələrdə bunun şahidi olmaq mümkündür.

Hazırda istifadən olunan  LED monitorlar ilk dəfə ABŞ-ın Texas ştatında hazırlanıb. Əvvəllər televizor üçün nəzərdə tutulsa da, daha sonra küçələrdə dayanacaqlarda məlumat vermək, reklam göstərmək və s. kimi tətbiq üçün nəzərdə tutulub. Bakıda bu sistemin quraşdırılması üçün Cənubi Koreyanın "SK C&C" şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub. Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ilə təsadüf edib. Paytaxtımızda bu sistemin işləməsi üçün təkcə dayanacaqlara 611-dən  çox avadanlıq quraşdırılıb. Dayanacaqlarda qurulmuş monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil. Yaranmış bu vəziyyətdən əziyyət çəkənlər isə sərnişinlərdir. Odur ki, monitorların normal işləməsi və sərnişinlərin onlardan yararlanması üçün aidiyyatı qurumlar dərhal hərəkətə keçməli, bununla bağlı yaranmış problemi aradan qaldırmalıdırlar.

http://img.milli.az/2016/03/29/420250_02.jpg

http://img.milli.az/2016/03/29/420250_04.jpg

http://img.milli.az/2016/03/29/420250_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh