Günay İbrahimli maşını belə sürür – Sükanı buraxıb selfi çəkir - VİDEO

Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə pis nümunə olan məhşurların sırasına keçib. Avtosfer.az xəbər verir ki, bunu təsdiq edən edən videonu müğənni dünən öz İnstagram səhifəsində paylaşıb. Rəfiqəsi tərəfindən çəkilən videonu Günay özü sosial şəbəkədə yayıb və hətta bununla fəxr edirmiş kimi, on minlərlə selfi çəkib, yalnız birini seçdiyini qeyd edib.
Videodan da göründüyü kimi, Günay İbrahimli sükan arxasında mobil telefon əldə saxlamaqla ondan istifadə edir, selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir. Bununla o, 50 manatlıq qayda pozur. Bundan əlavə, xanım müğənni avtomobili idarə edərkən əllərini sükandan çəkir. Bu isə 40 manat cərimə deməkdir. Üstəlik, Günay İbrahimli sükan arxasında təhlükəsizlik kəmərini bağlamayıb. Bu da 40 manatlıq cərimədir. Və nəhayət, Günay İbrahimli sükan arxasında diqqəti yayındıran söhbətə qoşulub. Yəni, onun diqqəti yolda və sükanda yox, rəfiqəsində və çəkdiyi fotolardadır. Bu da 40 manatlıq qayda pozuntusu sayılır. Bütövlükdə, Günay İbrahimli bu videoda 170 manatlıq qayda pozuntusuna yol verib.
Qeyd edək ki, videoya şərh yazanların əksəriyyəti Günayın bu hərəkətinin təhlükəli olduğunu qeyd ediblər.
İşin ən diqqət çəkən məqamı isə budur ki, bu videonun çəkildiyi yer Xocalı abidəsinin qarşısıdır. Minlərlə insan bura ziyarətə gəlib abidə qarşısında baş əyir, amma Günay İbrahimli buradan musiqi sədaları altında selfi çəkdirərərk keçir...
Həmin videonu təqdim edirik:
Elməddin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO












