Güneli “əcəl qayığı”na kim mindirmişdi?

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib. Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost 3 qızla birlikdə dəniz sahilinə gəliblər. Onlar sahilə gələrkən avtomobilin yedəyinə aldıqları plastik motorlu qayığı da özləri ilə gətiriblər. Daha sonra dostlar qayığı dənizə salıblar və qızları da mindirərək gəzintiyə çıxıblar. Qayıq sürət yığandan sonra ağırlıq mərkəzinin itməsi səbəbindən aşıb. 3 oğlan və iki qız çətinliklə xilas ola bilsə də, Günel Mirzəyeva suda batıb. Hadisə sahildən təxminən 200 metr uzaqlıqda baş verib.
Qeyd edək ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.



Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












