Həmin yük maşını iki gün yolda qalıb? - AÇIQLAMA

Ötən gün Sumqayıt yolunda baş vermiş və 5 tələbənin ölümü ilə nəticələnən qəza ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatlardan biri də mikroavtobusun çırpıldığı yük maşının iki gündür ki, Sumqayıt yolunda dayanmasıdır. Bu məqamda sürücülər Dövlət Yol Polisinin qeyd edilən müddət ərzində yük maşınını oradan niyə götürməməsi məsələsini müzakirə edirlər. Məlumatı dəqiqləşdirmək üçün Dövlət Yol Polisinin Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. O, bildirib ki, yayılan məlumatların əsası yoxdur: “Hadisədən 4-5 saat əvvəl yük maşını nasaz olduğu üçün orada dayanıb. Bununla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. Yük maşınının arxasında xəbərdarlıq nişanı qoyulub. Bundan əlavə, daşıdığı mişar daşları yolda 30 metrdən də çox məsafədə qoyulub. Elə gecə ilə də daşlar xüsusi işıq əks etdirici xətlərlə işarələnib”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










