İcra başçısı şikayətçilərin qarşısını kəsdi: 7 nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi, ötən həftə Binəqədi rayonunun Motodrom adlandırılan qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, oktyabrın 7-də 100-ə yaxın sakin Bakı-Sumqayıt yolunu bağlayıb. Aksiyaya səbəb onların mənzillərinə veriləcək kompensasiyanın azlığı idi. Bu gün günorta saatlarında isə qəsəbə sakinləri yenidən etirazlarını bildirmək üçün Prezident Adminstrasiyasına yola düşüb. Aksiyada 30-a yaxın qadın iştirak edib. Lakin bundan xəbərdar olan icra başçısı onlara mane olub. “Avtovağzal”da marşruta minmək istəyən qadınları Binəqədi Rayon İcra Hakimiyyətin nümayəndələri və polis əməkdaşları saxlayıblar.
Saxlanılanlardan Elza Məmmədovanın həyat yoldaşı Vəli Zeynalov redaksiyamıza zəng edərək bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi ilə 7 qadını Binəqədi Rayonu 40-cı polis bölməsinə aparıblar: “ Bu gün qəsəbədən 30-a yaxın qadın şikayətlərini Prezident Adminstrasiyasına bildirmək üçün yola düşdülər. “Avtovağzal” da icra nümayəndələri, bələdiyyə və polis əməkdaşları qadınların qarşısını kəsib, getməyə imkan verməyiblər. Qadınlardan yeddi nəfəri saxlanıldı. Bir neçəsi isə qaça bilib. Qaçanlardan 10 nəfəri Prezident Aparatına gedib və şikayətlərini çatdıra biliblər. Hazırda onlar ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbulunu gözləyirlər”.
Xatırladaq ki, "Avtovağzal" ətrafında 63 evin söküntüsü nəzərdə tutulduğundan artıq kompensasiya işlərinə də başlanılıb. Qəsəbədə plana düşən evlərin qeydiyyatı aparılır. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin Maliyyə Nazirliyinin ayırdığı kompensasiyanı mənimsədiyini iddia edirlər. Onlar mənzillərin kvadratmetrinin 1500 manatdan hesablanmasına baxmayaraq, icra hakimiyyətinin kompensasiyanı 500 manatdan verəcəyini söyləyirlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












