İcra başçısının xidməti maşını 22 dəfə radara düşdü

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xidməti avtomobili ilə bağlı cərimələr günü gündən artır. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, haxırda Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində Asif Əsgərovun «BMW» markalı, 10 AA 814 dövlət nömrə nişanlı xidməti avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb. Onların ümumi cərimə məbləği isə 1400 manatdan çoxdur. Bu cərimələrin yarıdan çoxunda bal nəzərdə tutulduğu üçün avtomobili idarə edən sürücüyə 20-dən artıq bal düşür. Bu isə o deməkdir ki, başçının sürücüsünün sürücülük hüququ məhdudlaşdırıla bilər. Çünki qanunvericliyin tələbinə görə, 20 və daha artıq bal topladıqda nəqliyyat vasitəsini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
Qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması, qarşı yola çıxmaq və svetoforun qadağanedici siqnalının tələbini pozmaqla bağlıdır.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











