İki uşağın öldüyü qəzanın ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI - FOTOLAR

Dünən axşam Kürdəmir rayonunda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində sürücünün idarəetməsindən çıxaraq aşan “Toyota Previa” markalı minivan tipli avtomobildəki şəxslər Bərdəyə toya gedirmiş. Belə ki, Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Elmin Hüseynov özünə məxsus 7 oturacaqlı avtomobillə anasını, həyat yoldaşını, bacısını, bacısının yoldaşını, onların iki övladını və özünün iki oğlunu doğulub böyüdüyü Bərdəyə toya aparırmış. Bu gün Bərdədə Elminin xalası oğlunun toyu keçiriləcəkmiş. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*****
20:02
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb. Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...














