İkinci dəfə həbs olunan – «Avtoş» danışdı – FOTO

Mayın 19-da, axşam saatlarında Bakı küçələrində təhlükə saçan sürücü ilə bağlı yeni məlumatlar var. Avtosfer.az bildirir ki, 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq saxlanılan “KIA”nın sürücüsü Nicat Nurpaşa oğlu Abdullayev mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. Bu gün Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə həmin sürücü ilə DİN-in İnzibati Həbs Olununların Saxlanma Məntəqəsində görüşüb. Əməlindən peşman olduğunu deyən sürücü «avtoxuliqanlıq xırda əməldir, içmişəm, yol polisi deyib saxla, saxlamamışam» deyib: «Burada şişirdilməli heç nə yoxdur. Bunu şişirdəni tapacam. Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il «srok» yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?».
Nicat Abdullayev həm də ailənin tək övladıdır. O, bir ay əvvəl də həbsdə olub. Bu dəfə isə qonşularla mübahisə etdiyi üçün məhkəmə qarşısına çıxarılıb və 1 ay inzibati həbs cəzasına məhkum edilib. Aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona cəza verib. Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub.
Onun ilk inzibati həbsi 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb.
Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası məmurdur.
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?



















