İmkanı olmayanlar gediş haqqı ödəməsin - VİDEO

Sumqayıtda marşrut sürücülərindən biri çox insana nümunə olacaq bir addım atıb. O, imkansız şəxsləri avtobusla pulsuz daşıyır. Bu yolla o, cəmiyyətin aztəminatlı təbəqəsinə yardım etdiyini düşünür. Avtobusda olan lövhədə imkanı olmayanların gediş haqqı ödəməməsi qeyd olunub. Belə lövhə Sumqayıtda "7A" saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində yerləşdirilib. Şəhər sakini, 35 yaşlı Elçin Məmmədov xeyirxah addım ataraq özünün idarə etdiyi avtobusa bu cür elan yerləşdirib ki, pulu olmayanlar da nəqliyyat vasitəsindən istifadə edə bilsinlər.
Sürücü deyir ki, əvvəllər yalnız bayram günlərində imkansız şəxsləri pulsuz daşıyıb. Amma indi hər gün bu xeyirxah əməli yerinə yetirir.
Elçin Məmmədovun sözlərinə görə, gün ərzində onlarla imkansız insan onun avtobusundan pulsuz istifadə edir. Lakin bu xeyirxah niyyətdən fırıldaqçılıq məqsədilə istifadə edənlər də var.
Elçin Məmmədov bütün sui-istifadə hallarına baxmayaraq, bu xeyirxah əməlini davam etdirəcəyini deyir. (xəzərxəbər)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












