İnsanların həyatını təhlükəyə atan təhlükəsizlik tədbiri - FOTO

Yol polisinin bəzi təhlükəsizlik tədbirləri insanların həyatını təhlükəyə atır. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu gün səhər intensiv yağış yağmasına baxmayaraq yol polisi təhlükəsizlik tədbirlərinin görülməsi adı ilə Nəriman Nərimanov heykəlinin qarşısında yolu bağlayaraq bütün nəqliyyat vasitələrini istiqamətlərini dəyişməyə məcbur edib. Bu zaman Badamdar şossesi ilə N.Nərimanov heykəlinin yanından dönərək üzüaşağı, metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələrinə, sərnişin avtobuslarına da keçməyə icazə verilməyib. Nə sürücülərin, nə sərnişinlərin yol polisi ilə mübahisəsinə baxmayaraq bir nəticə hasil olmayıb. Yol polisi əməkdaşlarının cavabı bu olub: "Bizə yuxarıdan belə göstəriş veriblər, biz də əmri yerinə yetiririk...".
Avtobus sürücüləri isə mənzil başına ara küçələrlə tıxac səbəbiylə getməkdən imtina etdiklərindən sərnişinlər N.Nərimanov heykəlinin önündə düşüb gur yağışın altında üzü aşağı çoxpilləli pilləkənlərlə, daha sonra isə Şeyx Şamil küçəsi boyu piyada getmək məcburiyyətində qalıblar. Bu zaman pillələr sürüşkən olduğundan onlardan bəziləri yıxılaraq əzilib. Bəzi piyadalar isə çətirsiz olduqlarından uzun yol boyu tamamilə islanıblar.
Çoxları da yolu gedə-gedə bunu deyib: "Bu necə təhlükəsizlik tədbiridir ki, insanların həyatını təhlükəyə atır?!."


Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












