“İntiharlara səbəb metrodursa, bağlayaq” - Hadisə baş verən yerdən VİDEO

İl yeni başlasa da, artıq Bakı metropolitendə iki intihar hadisəsi qeydə alınıb. Əvvəlcə yanvarın 8-də Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəşad Mustafazadə qatar “Ulduz” stansiyasına daxil olarkən özünü relslərin üstünə atıb. Hadisədən 4 gün sonra isə analoji hadisə Qara Qarayev stansiyasında baş verib. Bu dəfə Cəmil Cəmilov özünü qatarın altına atmaq istəyib. Yüksək sürətlə gələn qatar 47 yaşlı sərnişini platformaya atıb. İntihara cəhd edən şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına çatdırılsa da, orada vəfat edib. Sadaladığımız intihar hadisələrin ard-arda baş verməsi ictimaiyyət arasında narahatlığa səbəb olub. Stokholm və digər şəhər metropolitenlərində quraşdırılmış şüşə arakəsmələri misal kimi göstərən sosial şəbəkə istifadəçiləri ölkəmizdə də bu kimi qoruyucu tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Avtosfer.az xəbər verir ki. “Qafqazinfo” bu məqamda “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə “Ulduz” metrostansiyasında olub və sözügedən şüşə lövhələrin quraşdırılmasının mümkün olub-olmamasını müzakirə edib.
Nəsimi Paşayev bildirib ki, sözügedən arakəsmə dünyada cəmi bir neçə şəhərdə quraşdırılıb: “Dünyada, elə Stokholmun özündə belə cəmi bir neçə stansiyada həmin arakəsmələr qoyulub. Kənardan sadə görünə bilər, ancaq həmin şüşə lövhələrin qoyulması üçün stansiyalar demək olar ki, yenidən tikilməlidir. Bu işin maddi tərəfindən daha çox digər məsələlər var. Adicə bağlanmalı olan vaqonların qapısını sərnişinlər açmağa və yaxud açıq saxlamağa çalışdığı üçün gündə nə qədər qatar təmirə göndərilir. İndi siz təsəvvür edin, bu insanlar şüşə qapılara nə edər. Hər dəfə bu kimi hadisələr yaşananda maşinist aylarla özünə gələ bilmir. Çox pis psixoloji gərginlik yaşayır. Bir var ki, platformanın girişində özünü qatarın altına atmaq... Bu zaman maşinistin edə biləcəyi bir şey yoxdur. Bi də var ki, nisbətən uzaqda. Bu halda maşinist qatarı dayandıra bilər. Bu ay baş verən hər iki intiharda sərnişin düz platformanın girişində özünü atıb. İntiharlara səbəb metrodursa, biz girişləri bağlayaq, heç kimi buraxmayaq. Onda da insanlar özünü dənizə atacaq, körpüdən tullanacaq və sairə”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










