"İcra hakimiyyəti qısa zamanda biabırçı formada qara təslim oldu" - Elməddin Muradlı

Artıq bir neçə gündür ki ölkəmizdə qarlı hava şəraiti hökm sürür. Bəs Azərbaycanın nəqliyyat sistemi qarlı hava şəraitindən üzüağ çıxa bildimi?
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, jeklər səmərəli iş görə bilmədilər.Çox qısa müddətdə biabırçı formada qara təslim oldular:
"Yolları qardan, buzdan təmizləməkdən danışırıqsa, bu, biabırçı vəziyyətdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tam olaraq öhdəsindən gələ bilmir. Məsələn, Bakı-Şamaxı yolu yarım saat ərzində donma riki olan yoldur. Texnikanın birini göndərirlər, Şamaxı istiqamətində hərəkət edir, qayıdanda artıq donur. İllərdir başa düşməyiblər ki, oraya 1 yox, 2 texnika buraxmaq lazımdır,20 dəqiqəlik fasilə ilə bir- birinin ardınca hərəkət etsin, amma bunu etmirlər. Görünür, düşüncə hələ o qədər inkişaf etməyib. Bakı-Şamaxı, eyni zamanda Bakı-Quba ən çox risk olan yollardan biridir. Bakı Şəhər İcra Hakimiyyəti, jeklər səmərəli iş görə bilmədilər. Sürücülərin qeyri-peşəkarlığını da qeyd etmək lazımdır. Qış təkələrindən istifadə etməyən sürücülər var. Dünən onu gördük ki, polis kücələrdə xidmət aparır. Səkilərə sürüşkən materialdan metlax vururlar. Vətəndaşlar sürüşə-sürüşə gedir, polis onların əlindən tutur ki, yıxılmasınlar. icra hakimiyyəti bu döşəməyə göz yumanda fikirləşmirdi ki, qar yağanda insanlar onun üstündə necə hərəkət edəcəklər? Bu qədər səhlənkarlıqmı olar? Hər payızda xüsusi texnika göstərilir ki, qar yağanda məhv edəcəyik. Çox qısa müddətdə biabırçı formada qara təslim oldular. Təəsüf edirəm ki, qurumlar biabırçı sistemlə işləyirlər. İnsanlar da onların yarıtmaz fəaliyyətindən beziblər".(big.az)
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











