Jurnalistin atasını vurub öldürən sürücü hələ də azadlıqdadır

Keçən il fevralın 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan müəllim, yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə bildirib: “Hazırda atamı vuran sürücü ilə bağlı Nərimanov rayonu polis idarəsində açılmış cinayət işinin istintaqı davam edir. Əvvəl bu cinayət işi zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə bağlı idi. Atam dünyasını dəyişəndən sonra həmin maddə zərərçəkmiş şəxsin dünyasını dəyişməsi maddəsi ilə əvəz olunub. Bundan başqa ölümlə bağlı ekspertiza təyin olunub. Müstəntiq həmin ekspertizanın cavabını gözləyir və rəy alınandan sonra iş məhkəməyə göndəriləcək. Hələlik isə atamı vuran sürücü Seymur Qarayev həsb olunmayıb və azadlıqdadır”.
Qeyd edək ki, Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən yolu keçdiyi vaxt minik avtomobili tərəfindən vurulub. Qəzadan sonra müəyyən müddət komada qalan, Bakıdakı 1 saylı xəstəxananın reanimasiya şöbəsində saxlanılan və daha sonra Mərkəzi Klinik Xəstəxana və digər özəl klinikalarda müalicə edilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












