Kamera quraşdırılandan sonra MMX protokolların sayı azaldı - Bakıda

«Xaliq Faiqoğlu» MMC-yə məxsus olan sərnişin avtobuslarında müşahidə kameraları quraşdırılıb. Bu kameralar həm avtobusun salonunu, həm ətrafını, həm də sürücünün hərəkətlərini qeydə alır. Bu barədə Avtosfer.az-a şirkətin rəhbəri Faiq Seyidov məlumat verib. Onun sözlərinə görə, göstərilən xidmətin keyfiyyətinin artırılması, sürücülərin fəaliyyətinə nəzarət və sürücü-sərnişin münasibətlərinin tənzimlənməsi üçün rəhbərlik etdiyi qurumun tabeliyində olan 130 avtobusda kameralar quraşdırılıb: «Bu proses davam edir. Bizim qarajda 400-ə yaxın avtobus var. Tədricən digər avtobuslara da kameralar quraşdırılacaq».
Faiq Seyidov bildirib ki, kameraların quraşdırılması işin xeyrinədir və sərnişindaşımadakı problemlərin, eləcə də avtobuslarda sərnişin və sürücülərin nöqsanlarınıın üzə çıxarılmasına yardımçı olur: «Bizdə bəzən elə olurdu ki, ay ərzində yüzlərlə qayda pozuntusuna görə MMX protokollar alırdıq. Təbii ki, qayda pozan sürücülər cərimələri ödəyirdilər. Amma bu cür hallar bizi narahat edirdi. Avtobuslarda kameralar quraşdırılandan sonra isə ay ərzində təxminən 4-5 MMX protokol göndərilir. Bu da onu göstərir ki, sürücülər daim nəzarət altında olduqlarını bilir və daha da məsuliyyətli olurlar. Avtobuslarda sərnişinlərin intizamsızlığını, salona ziyan vurmasını, oğurluq və cibgirlik hallarını bizim şirkətin mərkəzi bazasından izləmək mümkündür. Kameraların çəkdiyi görüntülər bazada cəmləşir. Sistemi elə qurmuşuq ki, həmin kameralara polis də qoşulub baxa bilir».
Faiq Seyidovun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin sürücülərinin qayda pozuntularına həssas yanaşılır: «Biz istəmirik ki, sürücülərimiz qayda pozsun, təhlükə yaratsın. Belə hallara yol verən sürücünü həm yol polisi cərimə edir, həm də biz cəzalandırırıq. Gördüyümüz bütün işlər sərnişinlərin rahat şəkildə mənzil başına çatmasına xidmət edir».
Elməddin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










