"Kapital Bank" köçürmə limitini niyə 3 minə endirdi? - İLGİNC SƏBƏBLƏR

“Kapital Bank”ın debet kartlarında nağdlaşdırma və köçürmə limiti 5000 AZN-dən 3000 AZN-ə endirilir. Bundan əlavə, başqa bank ATM-lərindən nağdlaşdırma zamanı minimum 2 AZN olmaqla 1 faiz komissiya tutulacaq.
Maraqlıdır, gələcəkdə eyni bankın ATM-lərində də əlavə komissiya tətbiq edilə bilərmi? Limitin azaldılması fonunda rəqəmsal ödənişləri stimullaşdırmaq üçün hansı yeni xidmətlər və ya güzəştlər təklif oluna bilər? “Kapital Bank” bu addımı niyə atıb?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Konkret.az-a açıqlamasında bildirib ki, hazırda istənilən halda nağdlaşdırmada komissiya mövcuddur, yalnız pensiya və maaş kartlarında bu rüsumu vətəndaş hiss etmir:

“Pensiya və maaş kartlarında komissiya var, sadəcə həmin məbləği pensiya fondu və ya işəgötürən banka ödəyir. Kapital Bankın yeni qərarında isə vətəndaş başqa bankın ATM-indən pul çıxaranda 1 faiz komissiya ödəyəcək. Gələcəkdə isə eyni bank ATM-lərində də əlavə komissiya tətbiq oluna bilər. Qanunvericilik bankları bu məsələdə məhdudlaşdırmır. İstənilən komissiyanı tətbiq edə bilərlər, sadəcə banklar arasındakı rəqabət bunu müəyyən qədər məhdudlaşdırır”.
Ekspertin sözlərinə görə, limitin azaldılması köçürmə əməliyyatlarında sui-istifadə hallarının və oğurluq riskinin azaldılması məqsədi daşıyır:
“Komissiya tətbiqinin əsas səbəblərindən biri də müştərilərin digər bankların ATM-lərindən istifadə etməsinin qarşısını almaqdır. Güzəştlər isə əvvəlki illərdə olduğu kimi ödəniş vərdişini formalaşdırmaq üçün edilirdi, indi belə bir ehtimal görmürəm”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











