Reklam

“Kasıbların nəqliyyatı” bahalaşır: “Metroda qiymət artımı qaçılmazdır”

Yazarlar 28 Noyabr 2016 12:48 Oxunub 1539
“Kasıbların nəqliyyatı” bahalaşır: “Metroda qiymət artımı qaçılmazdır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər"

2017-ci ilin dövlət büdcəsində Bakı Metropoliteninə ayrılan subsidiyanın azaldılması yeraltı nəqliyyatda gediş haqqının artırılması ehtimalını gücləndirirb.

Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, ötən gün iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində paylaşdığı statusda 2017-ci ilin dövlət büdcəsi layihəsinndə Bakı Metropoliteninə ayrılacaq subsidiyanın həcminin ötən illə müqayisədə 22 faiz az nəzərdə tutulmasını metroda qiymət artımının anonsu kimi qiymətləndirib: “Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı.

O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, “Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar”.

Metroda gediş haqqının artırlması ehtimalını dəyərləndirən iqtisadçı Natiq Cəfərli bunun real olduğunu bildirib: “Bakı Metropoliteni onsuz da dövlət büdcəsindən ayrılan dotasiyalar əsasında fəaliyyət göstərirdi və bu qurum hər zaman metroda sərnişindaşımanın maya dəyərinin indiki qiymətdən bir neçə dəfə çox olmasından şikayətlənirdi.

Gələn ilin büdcəsində metroya ayrılan subsidiyanın azaldılması deməyə əsas verir ki, gələn ildən qiymət artımı qaçılmaz olacaq. Hökumət Metropolitenə ayrılan vəsaiti azaltmaqla, qənaət rejiminə keçdiyini göstərir. Ancaq təəssüf ki, bu siyasətin zərbəsi yenə də xalqa dəyəcək, həmin xərcləri vətəndaş cibindən ödəməli olacaq”.

İqtisadçı Qadir İbrahimli  açıqlamasında metroda gediş haqqının artırılacağını deyib: “Metropoliten üçün nəzərdə tutulan subsiyadının 8 milyon manat, yaxud da 22 faiz azaldılması əlbəttə ki, təsirsiz qalmayacaq. 

Qeyd edim ki, dotasiya əsasında fəaliyyət göstərən Metropolitendə sərnişindaşımanın həcmi bu ilin yanvar-iyun aylarında 1,2 faiz azalıb.

Bu, Statistika Komitəsinin rəsmi məlumatıdır. Sərnişindaşımanın və subsidiyanın həcmi azalıbsa, o halda metroda gediş haqqının qaldırılması realdır. Metropolitenin nədən rentabelli olmaması artıq başqa məsələdir. Təəssüf ki, başqa dövlət qurumlarında olduğu kimi, Metropolitenin fəaliyyətində də şəffaflıq-hesabatlılıq yoxdur. Ona görə də Metropolitenin rentabelli olmamasının – əgər belədirsə – səbəblərini göstərmək çətindir. Ancaq subsidiyanın azaldılmasına əsaslanıb deyə bilərik ki, Tarif Şurasının metroda qiymətləri artırmaqla bağlı qərar qəbul edəcəyi sadəcə, zaman məsələsidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh