Keçiddən keçməyən piyadalar : "Tələsirəm", "Görmədim", "Bir də olmaz..." - VİDEO

Vətəndaşların yerüstü piyada keçidindən istifadə etməmələri bir sıra hallarda ölüm və xəsarətlərlə nəticələnir. Keçən ay baş verən, piyada vurulması ilə nəticələnən avtoqəzaların bir qismi piyada keçidinin altında və yaxınlığında baş verib.
"Report" Xətai rayonu, Nobel prospektində qeyd olunan problemi araşdırmaq məqsədi ilə videoreportaj hazırlayıb. Həmin ərazidə 6 yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyadaların çoxu onlardan istifadə etmir, nəqliyyat üçün nəzərdə tutulmuş yoldan keçirlər. Çəkilişin aparıldığı 1 saat ərzində 48 nəfər piyada keçidi vasitəsilə deyil, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan istifadə edərək yolu keçiblər, onların içərisində ailə üzvləri, hətta körpə uşağı ilə keçənlər də olub. Həmin vətəndaşların əksəriyyəti özlərini haqlı çıxarmağa çalışıblar, bəziləri piyada keçidini görmədiyini bildiriblər.
"Niyə keçiddən istifadə etmirsiniz, həyatınızı təhlükəyə atırsınız?" sualına ən çox verilən cavablar isə belədir: "Tələsirəm", "Görmədim", "Birdə olmaz"...
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı























