Kəməri taxmır, uşağın həyatını təhlükəyə atır - Kamildən üç VİDEO

Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn məşqçi Kamil Zeynallı İnstagram səhifəsində paylaşdığı videolarla yenidən diqqət mərkəzindədir. Avtosfer.az-ın məlumatına görə, Kamil Zeynallı sükan arxasında çəkilən videoları özü paylaşıb. Görüntülərdən də məlum olduğu kimi, Kamil avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər edir, təhlükəsizlik kəmərini taxmır, azyaşlı qızını qabaq oturacaqda əyləşdirir, arxada oturan zaman isə onu xüsusi oturacaqda oturtmaq əvəzinə ayaqüstə saxlayıb hərəkəti davam etdirir. Onun bu cür videolarından üçünə baxmaq kifayət edər ki, nə qədər təhlükəli sürücü olduğunu deyək.
Kamil Zeynallı o qədər də kasıb oğlan deyil. Hər halda, uşaq üçün xüsusi oturacaq almaq onun üçün elə də çətin bir iş deyil. Üstəlik, Kamil avtomobil həvəskarıdır və bu vəziyyətdə qarşısına bir maneə çıxdıqda qəfil tormoz verərkən nələrin baş verəcəyini də yaxşı bilir. Ümid edirik ki, Kamil Zeynallı bundan sonra sürücülərimiz üçün daha faydalı videolar paylaşmaqla yaxşı nümunə göstərəcək.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













