Kim haqlıdır: parkomat nəzarətçiləri, yoxsa sürücülər? - VİDEO

Dəfələrlə parkomatlarla bağlı müəyyən problemlərin yaşanması haqqında xəbərlər təqdim etmişik. İndi isə daha bir mübahisəli məsələ gündəmə gəlib. Sürücülərlə parkomat nəzarətçiləri arasında bir sıra hallarda anlaşılmazlıq yaşanır. Əsas səbəb parkomat nəzarətçilərinin davranışlarıdır. Sürücülərin iddialarına görə, parklanma ərazisinə avtomobil daxil olanda və ya oradan uzaqlaşanda nəzarətçilər biganə davranırlar. Onlar sürücülərə ərazidən rahat uzaqlaşmağa kömək etmirlər. Yəni avtomobillərin hərəkətini tənzimləmirlər. Parkomat nəzarətçiləri isə sürücülərin əksini deyirlər. Onların sözlərinə görə, həmişə sürücülərə yardım edirlər.
Bu ziddiyət parkomat nəzarətçilərinin davranış qaydalarını aktuallaşdırır. Parkomatlara nəzarət edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən bildirilib ki, sürücülərə əraziyə daxil olanda və ya uzaqlaşanda, xüsusilə hərəkət zamanı hansısa yardım etmək nəzarətçilərin vəzifəsi deyil. Onların borcu sürücüləri maarifləndirmək, ödənişlərin həyata keçirilməsinə nəzarət etməkdir. Avtomobillərin hərəkətinin tənzimlənməsi isə birbaşa sürücünün borcudur və məsuliyyəti də sürücülər daşıyırlar.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












