Köhnə sürücülük vəsiqəsi olanlar "mexanika" sürə biləcəklərmi?

Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib. Avtosfer.az 1news.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ilin əvvəlində praktiki idarəetmə üzrə imtahan verənlər arasında ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən mexaniki və ya avtomatik sürətlər qutusu olan avtomobildə imtahan vermək istədikləri soruşulur. "Müvafiq olaraq "avtomat"da imtahan verən sürücüyə verilən vəsiqədə onun yalnız avtomat sürətlər qutusu olan avtomobili idarə etmə hüququ olduğu qeyd edilir. "Mexaniki" sürət qutusu olan avtomobil üzrə imtahan verən sürücü isə yalnız həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobili idarə etmək hüququna malikdir", - idarədən bildiriblər. "Bu ilə qədər bu qayda tətbiq edilmirdi, vaxtı bitmiş vəsiqələri dəyişərkən alınan yeni vəsiqələr sürücülərə həm avtomat, həm də mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnu verir. Belə ki, daha öncə bütün imtahanlar mexaniki sürətlər qutusu olan avtomobil ilə götürülürdü", - idarədən vurğulayıblar.
Qeyd edək ki, yeni qaydalar köhnə qaydalardan fərqlənmir, sadəcə bir qeyd var, avtomatik və ya mexaniki sürətlər qutusu. Vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin binasında, eləcə də "ASAN xidmət" mərkəzlərində aparılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












