Krediti götürən deyil, zamin cəzalandırıldı - VİDEO

İsmayıl Ömərov kredit götürən yaxın qohumuna zamin durub. Lakin bir müddət sonra borcun onun tərəfindən ödənilməsi ilə bağlı evinə məhkəmə qərarı gəlib. İsmayıl Ömərov deyir ki, ödənişin gecikməsi, işin məhkəməyə verilməsi ilə bağlı indiyədək ona nə bank tərəfindən nə də məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilməyib. Onun yalnız sonda məhkəma qərarı təqdim edilib.
İsmayıl Ömərovun dediklərinə görə, krediti götürən şəxsin özünə belə xəbərdalıq edilməyib.
Ümumiyyətlə, həmin şəxs kredit borcunu gecikdirməsi nəticəsində nə bank, nədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilmədən zamin duran şəxs barəsində məhkəmə qətnaməsi qəbul edib. Hüquqşünaslar isə bildirirlər ki, əslində bu ilk növbədə krediti götürən və zamin duran şəxslə bank arasında bağlanan müqavilə ilə tənzimlənir. Yəni əgər müqaviəldə əksini tapıbsa bank vətəndaşı xəbərdar etmədən belə prosesi məhkəmə müstəvisinə keçirə bilər. Amma məhkəmə səviyyəsində proses bir qədər fərqlidir.
İş burasındadır ki, qərar artıq icraya yönəldilib. Bu isə kredit götürən və zaminin üzərinə əlavə 7 faiz ödəmə hökmü qoyur. Halbuki onlar vaxtında xəbərdar edilsəydilər və 10 gün ərzində ödənişə başlasaydılar həmin yeddi faizi ödəməyəcəkdilər. Amma zaminin problemləri bununla da bitmir.
Bütün bunlardan çıxarılan nəticə isə budur ki, zamin durarkən əməlli başlı fikirləşmək lazımdır. Çünki daşıdığınınz məsuliyyət heç də krediti götürəndən az deyil.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










