Küçəni “Balaxanı zibilxanası”na çevirdilər – FOTO

Xətai rayonundakı Aşıq Ələsgər və Rahib Məmmədov küçələrinin kəsişdiyi ərazi, Əhmədli kəndinə gedən yol tullantıların əlindən keçilməz olub. Natəmizlikdən ərazi sahibsiz heyvanların məskəninə çevrilib. Yağış yağandan sonra vəziyyət daha dözülməz həddə çatır, tullantılar yağış suyuna qarışıb küçəboyu yayılır, həyətlərə dolur. Avtosfer.az xəbər verir ki, “ilin bütün fəsillərində vəziyyət belədir, tullantılar vaxtlı-vaxtında daşınmır”, - Aşıq Ələsgər küçəsinin sakinləri virtualaz.org saytına bildiriblər.
Sakinlərin sözlərinə görə, məişət tullantılarının atılması üçün zibil qutuları qoyulub, amma qutular tələbatı ödəyə bilmir. Çünki yaxınlıqdakı şadlıq sarayının tullantıları da bura atılır: “Neçə illərdir vəziyyət belədir. Ətrafda zavod, iri market yerləşir. Şadlıq sarayının əməkdaşları deyirlər ki, bura tullantı atmırlar. Amma hər gün zibil qutuları mal içalatı, yemək qalıqları ilə dolub daşır. Belə çıxır ki, hər gün bir sakin heyvan kəsir”, - sakinlərdən biri - Əhməd Muxtarov söyləyib.
Şikayətçilər deyirlər ki, sahibsiz heyvanlar tullantıların yanından çəkilmir, azyaşlılar küçəyə çıxmaqdan qorxurlar. Hər an kiminsə üzərinə hücum edə bilərlər. Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətindən tutmuş bələdiyyəyə qədər hər kəs məlumatlıdır. Sadəcə olaraq, tədbir görmək istəmirlər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
















