Lənkərənda elə bir yerə svetofor qoydular ki... – Görənləri gülmək tutur - FOTO
Lənkəran şəhərinin Girdəni kəndinin elə bir hissəsinə svetofor qoyublar ki, buna həm yerli sakinlər, həm sürücülər, həm də elə yol polisinin özü də təəccüblənib. Məsələ burasındadır ki, svetofor düz Lənkəran-Boradigah avtomobil yolunun üstündə - orda məktəbin yanında qoyulsa da, Avtosfer.az-a hərbi ekspert Üzeyir Cəfərov tərəfindən göndərilən fotolardan da aydın olur ki, həmin yerdə svetoforun olmasına heç bir zərurət yoxdur. Çünki yolun sağı da, solu da divardır. Yolayrıcı yox, piyada keçidi yox. Əcaba, bu svetoforun orada nə işi var?
Avtosfer.az bu sualın cavabını da tapıb. Üzeyir Cəfərovun bildirdiyinə görə, DYP sistemində işləyən bir zabit həmin kənddəndir. O, özünü kəndçilərinin gözündə böyütmək üçün ora svetofor qoydurub: “Hamı oradan keçəndə şoka düşür ki, bu svetofor burada nəyə lazımdır? Özü də, demək olar ki, heç kim o svetofora əhəmiyyət vermir. Mən bu barədə Lənkəranın yol polislərinə də dedim. Onlar da gülür ki, vallah, bizlik deyil.
Lazım olan yerdə svetofor qoymurlar, olanların da bəziləri işləmir. Amma Lənkəranda kimsə kefinə düşüb deyə sağı-solu bağlı olan yerə svetofor qoydurub. Bu svetoforun özü 100 metr yuxarıda həmin istiqamətdə yeganə körpü üçün çox böyük təhlükədir. Bir ağır tonnajlı maşın gəlib o körpünün üstündə dayansa, körpü uçacaq. Bu yaxınlarda orada uçqun olmuşdu. Təsəvvür edin ki, o yol bağlansa Lənkəran-Boradigah-Masallı yolu tam bağlanacaq.
Əgər təhlükəsizliyi düşünürlərsə heç olmasa oradakə orta məktəbin yanına piyada zolağı və məktəbli nişanı qoysunlar”.
Amma başqa bir mənbədən Avtosfer.az-a bildirdilər ki, həmin ərazidə orta məktəb şagirdlərindən bir neçəsini maşın vurduğu üçün ora svetofor qoyulub. Ərazidə piyada keçidi olsa da, sürücülər bəzən körpünün üstündən sürətlə hərəkət edərək qəza törədirlər. Svetofor da bu qəzaların qarşısını almaq üçün qoyulub.
Fuad