Mahmudovun əmisi oğlunun bahalı maşını - FOTO

Ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanır. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, buna baxmayaq, V.Mahmudov istintaqa yalnız şahid qismində cəlb edilərək ifadəsi alınıb. Sabiq nazir köməkçisi ümumi olaraq qanunsuz işlərin heç birindən məlumatı olmadığını deyib. General ELçin Quliyevin cinayət işində isə V.Mahmudov özü ilə bağlı şəxsi məlumatları da açıqlayıb. V.Mahmudov deyib ki, 1996-cı ildə İqtisad Universitetinin İqtisadiyyatın İdarəedilməsi fakültəsini, 2003-cü ildə isə Polis Akademiyasını bitirib. 1998-2013-cü illərdə Daxili İşlər nazirliyində mühasib işləyib. 2013-cü ildə isə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında rəis müavini vəzifəsinə təyin olunub. Burada isə 2 il işləyə bilib. “MTN olayları”ndan sonra, 2015-ci ilin sonlarında vəzifəsindən çıxarılıb. V.Mahmudov bildirib ki, onunla yanaşı, qardaşı Yaşar Mahmudov da təxminən eyni vaxtda MTN-nin Mühafizə Xidmətindəki bölmə rəisi vəzifəsindən kənarlaşdırılıb. O sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqələrini təsdiqləyib. Qeyd edib ki, 1998-ci ildən eyni mobil nömrəni işlədir və 2011-ci ildən ağ rəngli 90 MM 009 dövlət nömrəli nişanlı “Nissan Patrol” markalı avtomobili idarə edir.


"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










