Maşın bazarında yeni qayda: Hər təkərə görə 1, maşına görə isə 2 manat - VİDEO

İcarə haqqının qaldırılması və bir sıra əlavə ödənişlər sahibkarların narazılığına səbəb olub. Görüntülər paytaxtın Xətai rayonunda Babək prospektində yerləşən və ''Maşın bazarı'' kimi tanınan ticarət mərkəzindəndir. Avtosfer.az xoxutv-yə istinadən xəbər verir ki, burda təkər satışı ilə məşğul olanlar deyir ki, bir neçə gündür bazar rəhbərliyi icarə qiymətlərini və vergi ödənişini qaldırıb. Sahibkarlar deyir ki, hər ay mağazanın icarəsi üçün 1800 manat və əlavə olaraq 270 manat vergi pulu verirlər. Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin də artırılması mağaza işlədənləri özündən çıxarıb. Onlar deyir bazar rəhbərliyinə vergi pulu kimi ödədikləri məbləğ heç vergilər nazirliyinə çatdırılmayıb. Çünki vergi müfəttişləri tərəfindən ödəniş etməmələrinə görə cərimələniblər. Gün boyu bazarda təkər satılan mağazalar bağlanıb və sahibkarlar yığışaraq bu vəziyyətin dəyişməsini tələb ediblər. Lakin bazar rəhbərliyindən bir nəfər bildirib ki, icarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb. Səbəbinə gəlikdə isə həmin şəxs bunun bazarın sahibinin göstərişi ilə edildiyini dedi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












