"Maşın bazarındakı durğunluq bir qədər genişlənib"

"Benzinin bahalaşmasından sonra maşınların qiymət artımı bir müddət dayandı”. Bunu "Sherg.az”a maşın bazarındakı son vəziyyətlə bağlı açıqlama verərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində bir qədər artım var: "Ancaq bunun da obyektiv və subyektiv səbəbləri var. Dizel yanacağının sərfiyyatı daha uzun müddətlidir. Amma qiymətinin bahalaşacağı barədə söz-söhbətlər insanlar arasında tərəddüd yaradır. Ümumiyyətlə, bazardakı durğunluq bir qədər genişlənib.
Subyektiv səbəb odur ki, Avropa ölkələri sanki kütləvi şəkildə dizel yanacağı ilə işləyən maşınları ölkədən çıxarmağa çalışırlar. Çünki ekoloji baxımdan dizel yanacağı daha çox zərər verir. Vətəndaşlarının sağlamlığını, təbiətin, ekologiyanın qorunmasını istəyən ölkələr milyonlarla vəsait sərf edirlər. Ona görə, bəzi böyük dövlətlər də buna razılıq verib.
Beləliklə, həmin avtomobillər Azərbaycana və digər belə ölkələrə daşınarsa, qiymətlərində ucuzlaşma müşahidə olunar. İndiki şəraitdə avtomobil bazarında Rusiya istehsalı olan avtomobillərin alqı-satqısı davam edir. Onlarda ciddi qiymət artımı müşahidə olunmur”.
E.Muradlının müşahidələrinə görə, ən çox üstünlük verilən yeni maşınlar Çin istehsalı olan avtomobillərdir: "İnsanların Çin avtomobillərinə marağı artıb. Çünki Çin digər avtomobil modellərinin oxşarını bir qədər ucuz qiymətə təklif edir. İnsanlar da buna meyl edir. Çin avtomobillərinin ustaları, ehtiyat hissələri bazası bir qədər də genişlənsə, həmin avtomobillər geniş meydan qazanacaq”.
Yerli istehsala da toxunan ekspertin sözlərinə görə, Neftçala rayonunda açılışı olacaq zavodun istehsal etdiyi maşınlar Çin istehsalı avtomobillərdən heç də geri qalmayacaq: "Gömrük rüsumunun olmaması və s. nəzərə alsaq, daha ucuz və müasir avtomobillər əldə etmək mümkünləşəcək. Kütləvi istehsal olarsa, həmin zavod bazarda özünə yer tuta bilər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










