“Maşın şou”da reklamı gedən “Carabao” araşdırılır - Ərəblərin Azərbaycanda gizli işi

Yazarlar 12 İyun 2017 01:40 Oxunub 39982
“Maşın şou”da reklamı gedən “Carabao” araşdırılır - Ərəblərin Azərbaycanda gizli işi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Carabao” energetik içkisi ilə bağlı ağır ittihamlar səslənməkdədir

“Maşın şou” verilişində aparıcı Murad Dadaşovun reklam etdiyi “Carabao” energetik içkisi ilə bağlı ağır ittihamlar səslənməkdədir. Ölkə mediası reytinqli şou proqramda piarı gedən içki haqda inanılmaz məlumatlar yaymaqdadır. Bu içkilərin mənşəyi və istehsal tarixi barədə informasiyalar gizlədilir.  Medianın məlumatına görə, bu içkinin üzərində Azərbycan dilində bircə kəlmə də yoxdur. Digər tərəfdən istehsal tarixi və yararlıq müddəti də içkinin üzərində qeyd olunmayıb. Bütün bunlardan əlavə satıcıdan içkinin gigiyena sertifikatını tələb edəndə məlum olub ki, belə bir sənəd yoxdur. Məsələ ilə bağlı bütün ekspertlər, mütəxəssislər və dövlət məmurları birmənalı olaraq bildiriblər ki, gigiyena sertifikatı olmadan məhsulun satışı qadağandır. “Carabao” içkisini Azərbaycana “Nep future” şirkəti idxal edir. Deməli bu məhsulun sənədləri hələ də Sanitar-karantin müfəttişliyində araşdırılır. Cavabın necə olacağı da hələ bəlli deyil. Ancaq M.Dadaşov məhsulları reklam edir. Bəlkə də bu içki insanların zəhərlənməsinə səbəb ola bilər. Hər gün milyonlarla insan şouda “Carabao” içkisinin reklamını görür.

Ulus.az-ın verdiyi məlumata görə, vaxtilə Murad Dadaşovun şouda reklam etdiyi “GEN” MMC tikinti şirkəti də fırıldaqçı çıxdı, yüzlərlə insanın pulu mənimsənildi. Ancaq şoumeni kommersiya maraqları düşündürür və onu hansısa xəbər saytlarında gedən informasiyalar, bu məhsulların karantində araşdırılacağı haqda açıqlamalar maraqlandırmır. 

365info.az-a daxil olan məlumata görə, “Carabao” içkisini Azərbaycana Oman dövlətinin vətəndaşı olan ər-arvad gətirir. Xanımın adı Ranadır. Və bu biznes işində ər-arvadın Azərbaycan tərəfdən şəriki Cavid Ağayevdir. Cavid Ağayev həm də “AKKORD”un baş direktorunun müavinidir. Ərəbəsilli ər-arvadla cənab Cavid Ağayevin arasında 5 milyon dollarlıq qalmaqal ortaya çıxıb. Ər-arvad iddia edir ki, Cavid Ağayevin bu şərikli biznesdə 5 milyon dollarlıq “kəsiri” var və pulu AKKORD-un direktor müavinindən tələb edirlər. Cavid Ağayev isə ər-arvada təklif edib ki, biz 3 şərikik: mən, ər və arvad. Ona görə də 5 milyonu 3 nəfərin arasında bölmək lazımdır.

İndi məlum olur, kimin və neçə milyonun hesabına “Carabao” içkisi qanunsuz olaraq Azərbaycan bazarına, hətta telekanallara, şou proqlamlara yol tapıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh