Maşın sürürsüzsə, 1:0 öndəsiz

Maşın sürmək beyin aktivliyinə müsbət təsir göstərir. Zamanının çox hissəsini sükan arxasında keçirənlər daha tez qərar qəbul edirlər. Avtosfer.az Azərtac-a istinadla xəbər verir ki, alimlər maşın idarə edərkən beyinin sağ yarımkürəsinin aktivliyi artdığını müəyyən ediblər. Bu istiqamətdə aparılan iki qrupdan ibarət tədqiqatlarda iki min könüllü iştirak edib. Birinci qrupun iştirakçıları mütəmadi olaraq sükan arxasında, digərləri isə piyada hərəkət edirdilər. Müəyyən edilib ki, piyadalara nisbətən maşın sürənlərin beyinləri yerdəyişmələr zamanı daha aktiv fəaliyyətə başlayır. Mütəxəssislərin fikrincə, bu əlavə sinir əlaqələrinin yaranması ilə bağlıdır. Bundan əvvəl aparılan tədqiqatlar da onu sübut edib ki, orta yaşda maşın sürmək diqqət və yaddaşa müsbət təsir göstərir, 55 yaşdan yuxarı sükan arxasına oturmaq isə insanda özünü idarəetmənin inkişaf etməsinə təkan verir. Eyni zamanda araşdırmalar göstəriblər ki, yaşlı insanların sürücülükdən imtina etməsi onların fiziki və intellektual bacarıqlarının azalmasına səbəb olur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












