Maşının suya girməsini istəməyənlər bu yoldan keçməsin – VİDEO

Binəqədi rayonu ərazisindəki acınacaqlı vəziyyət hələ də həllini tapmayıb. Bu gün Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı Binəqədi yolu ilə hərəkət edərkən sürücülərin üzləşdiyi çətinliyin şahidi olub və baş verənləri lentə alıb. Sürücülərin diqqətinə çatdırırıq ki, həmin yoldan istifadə etmək məsləhət deyil. Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısına qədər hərəkət normaldır. Oradan o yana isə avtomobillər yarıyadək suya girməli olur. Yolun sağ və sol tərəflərindəki obyektlərin də əksəriyyəti yarıyadək suyun içindədir. Son iki gündə o qədər də yağıntı olmadığını nəzərə alaraq Binəqədi rayon rəhbərliyinin hələ də yolun sudan təmizlənməsi istiqamətində heç bir addım atmaması təəssüf doğurur. Ərazidə çəkiliş aparılarkən yalnız FHN-nin iki avtomobilinin suyu təmizləməyə çalışdığı məlum olub. Lakin onların da işi effekt vermir. Suyun içi ilə hərəkət edən bəzi avtomobillərin mühərriki söndüyü üçün gölün ortasında qalıblar. Belə halları gündüz aradan qaldırmaq asan olsa da, gecə daha ağır fəsadlar verə bilər. Odur ki, sürücülərə bir daha tövsiyyə edirik ki, avtomobilin suda qalmasını və başqa problemlərlə üzləşməyi istəmirsinizisə, bu yoldan istifadə etməyin!
Emin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











