Maşınınız varsa, bunu mütləq oxuyun – Qənaət rejimi

Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.
Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə yanacağa 40 faizədək qənaət edərlər.
Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır.
Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır.
Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.
Qış fəslində kondisioner əvəzinə "peç"i qoşun. "Peç" benzin aparmır və mühərrikin qızması hesabına işləyir. Ona görə də fikir verin ki, A/C-nın göstəricisi qoşulu olmasın. Bəzi avtomobillərdə A/C qızdırıcını işə salanda avtomatik qoşulur. Onu söndürsəniz, "peç"ə keçmiş sayılır.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










