Məcburi köçkünlər yolu bağlayıb – VİDEO

İyulun 26-da Bakının Dərnəgül qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkünün ərazidəki avtomobil yolunu bağladıqları bildirilir. Aksiyaya səbəb sosial problemlər göstərilir. Avtosfer.az xəbər verir ki, bu barədə Dərnəgüldəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərdən Murad Şahmərdanov «turan»a deyib ki, son bir neçə ay ərzində sosial vəziyyətləri durmadan ağırlaşır.
SU, ELEKTRİK PROBLEMİ
«Bu ilin əvvəlindən elektrik verilməsində, su təminatında problemlər artıb. Su, onsuz da, daimi problemdir. Bu azmış kimi, elektrik problemi də əlavə olundu. Tez-tez işıqlar keçir. Bundan başqa, elektrik tez-tez artır. Soyuducular, televizorlar, başqa elektrik avadanlıqları buna dözməyib sıradan çıxır. Burdakı yataqxanalarda məskunlaşanların, az qala, hamısı hər gün bunun əziyyətini çəkirlər», - deyən M.Şahmərdanov əlaqədar qurumlara - icra hakimiyyətinə, su, işıq idarələrinə müraciətlərinə baxılmadığını bildirib.
M.Şahmərdanovun deməsinə görə, problemlərə etiraz edən sakinlər ərazidəki yarmarkanın qarşısından keçən əsas yolu bağlayıblar. Yalnız bundan sonra yerli icra hakimiyyətinin nümayəndəsi onları dinləməyə gəlib.
VƏD VERİLİB
M.Şahmərdanov qeyd edir ki, nümayəndə problemin araşdırılıb yoluna qoyulacağına söz verib.
Əraziyə Yol Polisi, Post-Patrul Xidməti əməkdaşlarının da gəlməsindən sonra köçkünlər yolu boşaldıblar.
Aksiyada qaldırılan problemlərə Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












