"Memar Əcəmi" dairəsində xaos yaşanır - VİDEO

"Memar Əcəmi" metrostansiyasının qarşısındakı dairədə nəqliyyat vasitələrinin xaotik vəziyyəti yaranıb. Taksilər avtobus dayanacaqlarını zəbt edib. Avtobuslar da yolun ortasında sərnişinləri endirirlər. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonundan, "Memar Əcəmi" metrostansiyasının qarşısındakı dairədəndir. Ərazidəki avtobus dayanacaqlarını taksilər zəbt edib. Taksilərin dayanacğı zəbt etməsi sərnişinlərə də bir sıra çətinliklər yaradır. Hətta bu səbəbdən qəzalar da baş verir.
Taksi sürücülərinin məsələyə münasibəti isə özünəməxsus şəkildə oldu.
Bakı Şəhəri Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, avtobus dayancaqlarını zəbt edən bu cür taksi sürücülərinə qarşı mübarizə daim davam etdirilir. Təkcə ötən gün ərzində 120 belə sürücü barəsində inzibati protokol tərtib olunub. Hətta, onlardan bir neçəsi həftə ərzində eyni xətaya görə ikinci dəfə cərimələnənlərdir. 6 avtomobil isə cərimə meydançasına aparılıb. Bölmə rəisinin sözlərinə görə, Memar əcəmi metrostansiyasının qarşısında da belə tədbirlər aparılır. Lakin həmin sürücülər polisin qısa müddətə oradan uzaqlaşdığını görən kimi yenidən dayanacağa daxil olurlar. Dayanma-durma qaydasını pozan bu sürücüləri 40 manat cərimə gözləyir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












