Məmmədovların holdinqində “lələ köçüb, yurdu qalıb” - FOTOLAR

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olan “Garant Holdinq”in bağlanması xəbərləri mətbuatın gündəmindədir. Bundan əlavə, KFC restoranlar şəbəkəsini idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən “Garant Holding”in portfelinə daxil olan “AFK” şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinqlərindən olan “Gilan Holding”dir. Avtosfer.az xəbər verir ki, “Garant Holdinq”də nələrin baş verdiyini öyrənmək üçün musavat.com-un müxbiri holdinqin binasına üz tutub, maraqlı bilgilər əldə edib. Ərazidə məlum olub ki, holdinqin fəaliyyəti artıq dayandırılıb. 11 mərtəbəli binada mühafizə işçilərindən başqa heç kim yoxdur. Holdinqin binasında yalnız “Əmrahbank” fəaliyyət göstərir.
Ətrafda olan şəxslər bildiriblər ki, holdinq 4-5 aydır fəaliyyətini dayandırıb: “Bildiyimiz qədər bankın “Garant Holdinq”in binasındakı icarə müddəti başa çatır. 2-3 aydan sonra köçməlidirlər”.

Mənbə qeyd edib ki, “Garant Holdinq” “Paşa Holdinq” tərəfindən alınıb: “Çox güman, bu binaya “Kapital” bankın filialı, ya da “Paşa Holdinq”in bir hissəsi köçürüləcək”.
Həmin şəxs bildirib ki, keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov ara-sıra holdinqə gəlir. Məlumata görə, binanın 4 mərtəbəsi hələ də onun tabeliyindədir. Deyilənə görə, Anar Məmmədov Londonda yaşayır. Ona görə də onun ara-sıra ofisə gəlməsi haqda deyilənlər inandırıcı görünmür: “Holdinqin bağlanma xəbərlərindən sonra qarajlarda olan avtomobilləri tələsik satışa çıxarırlar. Bu avtomobillər holdinqin xidməti avtomobilləri idi. Bir çoxu elan saytlarında satışa qoyulub, digərləri isə avtomobil bazarlarına çıxarılır. Avtomobil çox olduğundan hələ ki satış yekunlaşmayıb”.
“Garant Holdinq”in binasına bitişik 19 mərtəbəli bina da diqqətçəkəndir. Ətrafda olanların dediyinə görə, bu bina nazir oğluna məxsusdur və 2008-ci ildə tikintisinə başlanılıb. 4-5 ildir ki, hazır vəziyyətə gətirilib. Lakin içərisi tam şəkildə təmir olunmayıb. Üzərində holdinqin loqosu olsa da, orada hər hansı fəaliyyət yoxdur. Binanın satılacağı və yaxud icarəyə verilməsi kimi söyləntilər var. Bir ofisin qiyməti minimal olaraq 150-200 min manat dəyərində göstərilir”.




Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












