Məmurun "avtoş" oğlundan daha bir ağlasığmaz əməl - FOTO

Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayev bir müddət əvvəl avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. O, “Kia” markalı avtomobillə avtoxuliqanlıq etmiş və yalnız yol polisi əməkdaşlarının yaratdığı süni tıxac sayəsində zərərsizləşdirilmişdi. 2016-cı ilin mayında Nərimanov rayon məhkəməsinin qərarı ilə Nicat Abdullayev barəsində 20 gün müddətinə inzibati həbs cəzası təyin edilmişdi. Nicat Abdullayev yenə diqqət mərkəzindədir. Avtosfer.az musavat.com-a istinadən xəbər veri ki, O bu dəfə də o ətrafdakılar üçün təhlükə yaratmağa başlayıb. Amma avtomobillə yox, içdiyi içkilərin şüşələri ilə. Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri məmur oğlundan şikayətçidirlər. Belə ki, binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranır. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb. Qonşular bu barədə dəfələrlə Nicatın atası, XİN-in şöbə müdiri Nurpaşa Abdullayevə müraciət etsələr, o, oğlunun qanunsuz əməllərinin qarşısını ala bilmir. Nurpaşa Abdullayevin özü başqa yerdə yaşayır, İzzət Həmidov küçəsindəki mənzili isə oğluna verib və Nicat orada tək qalır. Sonuncu dəfə iki gün əvvəl Nicat Abdullayevin atdığı butulkalar maşınların üstünə düşüb, əraziyə polis çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. Bina sakinləri çıxış yolunu avtomobillərini Nicatın yaşadığı mənzilin pəncərə və eyvanının altında saxlamamaqda, özləri isə oradan keçməməkdə görürlər. Qeyd edək ki, N.Abdullayev eyni əmələ görə bir dəfə cəza alıb. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Harın gənc evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dibçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Nəsimi məhkəməsi onunla bağlı qərarı ötən il aprelin 8-də qəbul edib.




Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











