Mərkəzi küçələrdə yolu kəsdilər – Maşınlar sürtünür, piyadalar isə... - VİDEO

Paytaxtın bir neçə küçəsində yerləşən binalarda təmir işləri getdiyi üçün həmin küçədən istifadə edən həm piyadaların, həm də sürücülərin hərəkətinə çətinlik yaranır. Avtosfer.az xəbər verir ki, Lev Tolstoy, Həzi Aslanov, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Dilarə Əliyeva, Xəlil Rza Ulutürk, İslam Səfərli, Mirzə İbrahimov, Əlimərdan bəy Topçubaşov, Rəsul Rza və Qoqol küçələrində yerləşən binlarda təmir işləri getdiyi üçün həmin binaların fasad hissəsində dəmir konstruksiya quraşdırılıb. Bununla yanaşı, həmin küçələrdə sürücülər avtomobillərini səkidə park edirlər. Beləliklə də park edilən avtomobillərlə quraşdırılan dəmir konstruksiya arasında çox az məsafə qaldığından həmin yoldan istifadə edən sürücülərə və piyadalara ciddi maneə yaranır. Qeyd edilən küçələrdə qanunsuz park edilən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunmadıqları üçün dayanma-durma qaydasını pozaraq hərəkət iştirakçılarına maneə yaradırlar.
Qeyd edək ki, bu küçələr günün pik saatlarında sürücülər üçün alternativ yol rolunu oynayır. Amma son günlər bir dəqiqəyə keçilən yolu 4-5 dəqiqəyə güclə keçmək olur. Çünki park edilən avtomobillərlə binalara quraşdırılan konstruksiyanın arasından keçmək üçün sağa-sola baxıb asta sürətlə keçmək lazım gəlir. Bəzən bu küçələrdə sağa-sola dönmək qeyri-mümkün olur. Belə ki, yolayrıcında dayanan maşınlar və dəmir konstruksiyalar dönməni son dərəcə çətinləşdirir. Onsuz da darısqal olan bu yollarda hazırda sürücülər və piyadalar çox çətinliklə hərəkət edirlər.
DYP-nin hərəkətin təşkili şöbəsinin həmin əraziyə baş çəkib vəziyyətə nəzarət etməsi faydalı olardı...
Təbriz
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










