Məşhur prospekt avqusta qədər hazır olsa - Tarixə düşəcək - FOTO

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işləri davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, uzunluğu 8.7 km olan yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlayıb.
Agentlik bildirib ki, yolun ümumilikdə yenidənqurma işlərinin 2018-ci ilin ikinci yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.
Təmir işləri üçün ayrılan vaxtın qısa olması ekspertlərin gözündən yayınmayıb. Belə ki, ekspert İlham Şaban bu müddətin ölkənin avtomobil yollarının təmiri üçün mühim qiymətləndirib. O bildirib ki, əgər həqiqətən bu müddətə işlər başa çatsa, Azərbaycan yollarında fantastik bərpa sürəti olacaq.
Digər bir ekspert Samir İsmayıl isə bu sürətlə təmir işləri aparılarsa, günə 33 m düşdüyünü vurğulayıb: “Təmirin 2 ay əvvəl başladığını nəzərə alsaq 1 aya 1 km, bir günə isə 33 metr düşür”.
Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hazırda əsas məqsədin prospektdəki yenidənqurma işlərini maksimum dərəcədə sürətlə görmək olduğunu bildirib: “Prospektdə təmir işləri aidiyyatı qurumlar - “Azərsu” ASC, “Azərişıq” ASC – lə birlikdə aparırıq. Həmin qurumlar da təmirin sürətli getməsi üçün əsas qüvvələrini prospektə ayırıb. Təmir prosesinin nəzərdə tutulmuş zamanda bitməsi üçün hava şəraitindən də çox şey asılıdır. Babək paytaxtın əsas prospektlərdən biridir və bu işlər yüksək sürətlə davam etməlidir ki, nəqliyyat axınına o qədər də təsir etməsin”.


Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












