Metroda intiharlar: Qarşısını necə almalı?

Dünən bir gün ərzində iki gənc intihar edib. İntiharın biri bulvarda baş verib. Digər hadisə metroda olub. 22 yaşlı gənc özünü qatarın altına atıb. Qatar gəncin üstündәn keçәrәk, onu iki yerә bölüb. Dünən baş vermiş intihar bu il “Bakı metropoliteni”ndə ilk olsa belə, keçən il ərzində bir neçə oxşar hadisə baş vermişdi. Bildirmək istərdik ki, bir sıra xarici ölkələrdə metroda relslərlə platforma arasında sədd var. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, qatar stansiyaya daxil olandan sonra xüsusi mexanizm işə düşür, səddə qapılar açılır, sərnişinlər qatara rahat daxil olar bilirlər. Misal üçün Pekin (Çin) və Sank-Peterburqda belə bir mexanizm fəaliyyətdədir.
Bu tipli stansiyalarda sərnişinlərin relslərin üstünə düşməsi, yaxud intihar məqsədilə qatarın altına tullanması mümkün deyil.
Bəs Bakı metrosunda intiharların qarşısı almaq üçün hansı işlər görülür?
Məsələ ilə bağlı “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bizdə belə bir mexanizmin qurulması mümkün deyil:
“Hər yerdə belə bir mexanizm yoxdur. O, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Hal-hazırda dünyanın əksər metrostansiyalarında dediyiniz mexanizm yoxdur”.
N.Paşayev hesab edir ki, intiharların qarşısını almaq maarifləndirmə yolu ilə mümkündür:
“Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən özünü asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, metroda intihar edən şəxs özündən başqalarına da zərər vurur: “Dünən bir nəfər özünü Xəzər dənizinə atıb. Metroda baş verən intihar hadisələri ümumi intiharların sayı ilə müqayisədə cüzidir”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










