Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq

Məlumdur ki, metro şəhərlilərin həyatında əvəzsiz nəqliyyat vasitəsinə çevrilib. Artıq bir çoxları fərdi minik vasitələrindən imtina edir, gündəlik yaranan tıxaclardan canlarını qurtarmaq, vaxta qənaət etmək üçün metroya enir. Ona görə də hazırda metrodan istifadə edən sərnişinlərin sayı çoxdur. Digər tərəfdən yay fəsli olduğu üçün isti havalar yeraltı dünyaya da təsir edib. Bu səbəbdən metronu hamama bənzədənlər, bundan şikayət edənlər az deyil. Üstəlik sərnişin sıxlığı da bu işin duzu-bibəri olur. Düzdür, kondisionerli metro qatarlarının fəaliyyət göstərdiyini bilirik. Amma bu cür qatarlara minmək necə deyərlər, hər kəsə nəsib olmur. Qatarlardan hansısa biri bəxtinə düşə, ya düşməyə...
Bu baxımdan maraqlıdır, yeni kondisionerli metro qatarlarının gətirilməsi gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-ninn mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, hazırda 3 kondisionerli qatar mövcuddur. Onun sözlərinə görə hələki yeni qatarların gətirilmə ehtimalı yoxdur: “Kondisionerli qatarların gətirilməsini hələki planlaşdırmırıq. Hazırda kifayət qədər qatarımız var. Bu qatarlar istifadə müddətini başa vurandan sonra gələcəkdə onların yerinə yenilər alına bilər”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












