Məzarlıq, yoxsa avtodayanacaq? - VİDEO+FOTO

Qənbər Novruzov təxminən bir il əvvəl anasını torpağa tapşırıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, tez-tez dünyasını dəyişən doğmasının ruhunu ziyarətə, dua etməyə gəlir. Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbləşdirir: "Gətirib bura su tökürəm ziyarət edəndə. Gülləri sulayıram. Bura gəlmək üçün də gedim maşını o tərəfdə "kruq"da saxlayıram. Borcumdur gəlmək. Amma bura dayanacaq deyil. Elədirsə yazıb vurun ki, dayanacaqdı".
Gec-tez hamımız bu torpaqda əbədi gözümüzü yumacağıq. Amma deyəsən, əcəli qabaqlayıb sağ ikən qəbiristanlıqda “uyuyanlar” da var. Səbəbini isə açıqlamaqdan bax bu şəkildə boyun qaçırırlar. Xoşagəlməz hadisə ilə üzləşən təkcə Qənbər deyil. Məzarlığı ziyarətə gələn digər sakinlər də eyni hallarla üz-üzə qalırlar. Əzizlərinin qəbrini görməyə gələn digər ziyarətçilər, mənəvi dinclik tapmaq əvəzinə qanıqara, narahat vəziyyətdə məkanı tərk edir: "Dağıstandan qonaq gəlmişəm ki, ata-anmın məzarını ziyarət edim. Gəlmişəm zir-zibil dolu. Qəbiristanda taksilər dayanıb. İt yatır. Millət öz ölüsünə hörmət qoymur. Elə deyiblər bir yerə tullayaq qurtardı getdi".
Şəhər bələdiyyəsinin rəsmisi Firdovsi Fəttahovla elə məzarlıqda görüşdük. O, məkana darvazanın qoyulduğunu, dələduzlarınsa qıfılı qırdığını bildirdi. Çarə dirəklərə zəncir bağlatdırmaqda görülsə də, faydası olmayıb.






Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












