Milyonlar xərcləyib keçid tikdilər, nişan qoymaq yaddan çıxdı – Bakıda - FOTO

Babək prospektində çox gözəl bir yeraltı piyada keçidi var. Avtosfer.az xəbər verir ki, prospektdə sutka boyu intensiv hərəkət olduğunu nəzərə alanda həmin piyada keçidinin son dərəcə əhəmiyyətli olduğu aydın olur. Lakin bu keçidi işarələmək üçün elementar yol nişanının olmaması diqqətimizi cəlb etdi. Çox maraqlı yanaşmadır. Bəlkə belə təmtəraqlı keçid üçün sadə görkəmli 5.17.1 və 5.17.2 nişanlarını münasib saymayıblar? Bəlkə keçid üçün ayrılmış pulu qəpiyinə qədər xərcləyiblər və nişana pul qalmayıb? Səbəbi dəqiq bilməsək də, Bakı şəhərində və ölkəmizin digər yerlərində nişanlarla bağlı vəziyyəti göz qabağına gətirərək deyə bilərik ki, bu, yol hərəkətinin təşkilinə laqeyd münasibətin növbəti göstəricisidir. Belə laqeydlilik isə yol hərəkətinin təşkili sahəsindəki pərakəndəlikdən, bu işlə məşğul olan qurumların fəaliyyətinin əlaqələndirilməməsindən irəli gəlir. Əks təqdirdə, keçid istifadəyə hazır olan andan müvafiq yol nişanları da qoyulardı və sonra istismara verilərdi.
Hazırki vəziyyətdə həmin yeri tanımayan adam belə dəbdəbəli qurğunun piyada keçidi olduğunu anlamaqda çətinlik çəkə bilər. Amma 5.17.1 və 5.17.2 nişanları qoyulmuş olarsa, piyada hətta bir neçə yüz metr məsafədən də keçid olduğunu görə bilər.
Fərid
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














