Narkotiklər haqqında nə bilirik?

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilir. Növbəti belə tədbirlər sentyabrın 27-28-də Biləsuvar rayonunda və Şirvan şəhərindəki orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Hər iki tədbiri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov açaraq toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” mövzusunda çıxışlar edib.
Toplantılarda polis şöbələrinin rəisləri ”Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, xəstəxanaların narkoloq-həkimləri yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, VVAQ şöbəsinin müdirləri “Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında, həmçinin rayon icra hakimiyyəti başçlarının müavinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, pedaqoji heyət, psixoloqlar mövzular ətrafında çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş etdirilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










